İran milli valyutasının möhkəmlənməsində Rusiya təcrübəsindən yararlanacaq

İran Mərkəzi Bankı öz milli valyutasını gücləndirmək üçün Rusiyadan nümunə götürmək niyyətindədir. Bu barədə Həmşəhri nəşri yazır.
İslam Respublikasının Mərkəzi Bankı milli valyutanın möhkəmlənməsi ilə bağlı yeni tədbirlər paketini təsdiqləyib. Paketə Rusiyanın rublun möhkəmlənməsi üzrə ötənilki təcrübəsindən istifadəyə yönəlmiş tövsiyələr daxildir. Məsələ ondadır ki, ölkənin ixrac əməliyyatları nəticəsində yaranan bütün valyuta gəlirləri və ehtiyatları Mərkəzi Bankın tətbiq etdiyi əsas məzənnə ilə tənzimlənəcək.
Nəşr qeyd edib ki, Rusiya analoji strategiyadan istifadə edərkən, Ukraynada xüsusi əməliyyat başlayandan sonra kəskin şəkildə çökən rublu gücləndirə bilib. Bundan əlavə, Rusiya valyutası nəinki xüsusi əməliyyat başlamazdan əvvəl dəyərlərə çatdı, həm də daha da möhkəmlənə bildi.
Bazar ekspertləri Rusiya modelinin İranda tətbiqinin uğurlu olacağı ilə bağlı razılığa gəliblər, çünki İran və Rusiya iqtisadiyyatları təbii sərvətlərin satışına və resursların ixracı üçün texnologiyaların istehsalına əsaslandığına görə olduqca oxşardır.
www.anews.az

Fevralın 18-də "Kommersant” yazıb ki, həftənin sonuna dolların məzənnəsi son 10 ayın ən yüksək səviyyəsini yeniləyə bilib, ixracatçılar və möhtəkirlərin kütləvi şəkildə xarici valyuta satışı isə ABŞ valyutasını aşağı çəkə bilib. Rusiyada valyuta bazarı indi vergi dövrünün pik nöqtəsinin (27-28 fevral) artıq yaxınlaşması səbəbindən aktivləşir.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər