• $
  • £

Quterreş - Qadınların hüquqları təhlükə altındadır

Quterreş - Qadınların hüquqları təhlükə altındadır
07.03.2023 15:01
Qadınların hüquqları təhlükə altındadır. Bunu BMT-nin baş katibi Antonio Quterreş BMT-nin mənzil-qərargahında komissiya iclasında çıxışı zamanı deyib. 

"Əfqanıstanda qadınlar və qızlar ictimai həyatdan kənarlaşdırılıb. Bir çox yerlərdə qadınların cinsi və reproduktiv hüquqları pozulur. Bəzi ölkələrdə qızların məktəbə gedərkən qaçırılma və hücuma məruz qalma riski var”, - deyə BMT rəhbəri bildirib.


BMT Qadınlarına görə, gender bərabərliyi uğrunda mübarizə indiki templə davam edərsə, kişi və qadın bərabərliyinə yalnız 300 ildən sonra nail olunacaq.


"Ana ölümü artır. Hər iki dəqiqədə bir qadın hamiləlik və ya doğuş zamanı ölür; bu ölümlərin əksəriyyətinin qarşısı alına biləndir. BMT bütün dünyada qadınları və qızları dəstəkləyir”, - baş katib söyləyib.

Quterreş həmçinin COVID-19 pandemiyasından təsirlənən milyonlarla qadın və qızı - ödənişli işi tərk etməyə məcbur edilən anaları, erkən nikaha girməli olan yetkinlik yaşına çatmayan qızlardan da danışıb.

BMT rəhbəri gender bərabərliyinə nail olmaq üçün  3 təklif verib.

"Birincisi, xüsusilə Qlobal Cənub ölkələrində qadınlar üçün təhsil, məşğulluq və əmək haqqı sahəsində yeni imkanlar yaratmaq lazımdır. İkincisi, ölkələrin liderləri qadınların elm və texnoloji inkişafda iştirakını dəstəkləməli və təşviq etməlidirlər. Üçüncü, biz qadınlar və qızlar üçün təhlükəsiz rəqəmsal məkan yaratmalıyıq”, - baş katib vurğulayıb.

Quterreş son olaraq qeyd edib ki, misoginiyaya qarşı birlikdə dayanaq və qadınlar, qızlar və dünyamız üçün irəli gedək.
 
Gülnar 



www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Siyasət 14:30
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Siyasət 10:49
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Siyasət 16:06
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Siyasət 12:56
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Siyasət 10:02
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Siyasət 14:58
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol