Tbilisidə etirazçılar parlamentin yaxınlığında polisin barrikadasını yarıblar - YENİLƏNİB
Gürcüstanın paytaxtı Tbilisidə etirazçılar parlamentin yaxınlığında polisin qurduğu barrikadanı yarıblar.
Bu barədə xarici mətbuatdan məlumat verilib.
Etirazçıları qanunverici orqanın əsas qapısından təxminən 10 metr ayırır. Darvazanın digər tərəfində olan polis əməkdaşları nümayişçilərin üzərinə su tökərək gözyaşardıcı qazdan istifadə ediblər. Etirazçılar "Gürcüstan, Gürcüstan” şüarları səsləndirirlər.
Ötən gün Tbilisidə hüquq-mühafizə orqanları parlamentin binası qarşısında etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.
Xüsusi təyinatlılar parlamentin girişinə aparan küçəni bağlayıblar.
Parlamentin xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra minlərlə etirazçı küçələrə axışmaqda davam edir.
Daxili İşlər Nazirliyinin nümayəndələri səsgücləndiricilərlə mitinqçilərə xəbərdarlıq edib, əks halda onlara qarşı qanuni tədbirlər tətbiq olunacaq.
Gürcüstanın paytaxtı Tbilisidə hüquq-mühafizə orqanları parlamentin binası qarşısında etiraz aksiyasını dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə ediblər.
Bu barədə Gürcüstanın yerli telekanalları məlumat yayıb.
Xüsusi təyinatlılar parlamentin girişinə aparan küçəni bağlayıblar.
Parlamentin xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul etməsindən sonra minlərlə etirazçı küçələrə axışmaqda davam edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər