• $
  • £

Şose velosipedi üzrə Federasiya Kubokunun birinci mərhələsi başa çatıb

Şose velosipedi üzrə Federasiya Kubokunun birinci mərhələsi başa çatıb
12.03.2023 21:30
Azərbaycan Velosiped Federasiyasının (AVF) təşkilatçılığı ilə Gəncədə keçirilən şose velosipedi üzrə Federasiya Kubokunun birinci mərhələsi başa çatıb.

AVF-dən verilən məlumata görə, bu gün idmançılar qrup ötüşməsində güclərini sınayıblar.

30 velosipedçinin qatıldığı mübarizəyə Heydər Əliyev Parkının önündən start verilib. Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) mövcud qaydalarına əsasən keçirilən yarışda Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar Gəncədə təyin olunmuş marşrut üzrə 5 dairəni tamamladıqdan sonra dağ yolları ilə ümumilikdə 72 km, yeniyetmə oğlanlar və qadınlar isə startdan sonra birbaşa dağ yolları ilə 42 km məsafə qət edərək Hacıkənd qəsəbəsində finiş xəttini keçiblər.

Elit/U23 yaş kateqoriyasında kişilər və gənc oğlanlar arasında Mikayıl Səfərli (ROEQİUGVM, 02:00:15) bütün rəqiblərini qabaqlayaraq finişə birinci çatıb. Əli Qurbanov (Sakarya BB Pro Team, 02:00:44) ikinci, Nəcəf Bağırov (ROEQİUGVM, 02:01:01) isə üçüncü yerlə kifayətləniblər.

Yeniyetmə oğlanların mübarizəsində ən yaxşı nəticəyə Artyom Proskuryakov (Təhsil RİM, 01:23:56) imza ataraq qızıl medal qazanıb. Ravi Rzayev (ROEQİUGVM, 01:26:04) gümüş, Rəşad Əliyev (Təhsil RİM, 01:31:52) bürünc medala sahib olublar.

Qadınların yarışında Viktoriya Sidorenko (ROEQİUGVM, 01:38:32) birinci yerə layiq görülüb. Onun ən yaxın izləyicisi Ayan Məmmədzadə (Təhsil RİM, 01:39:17) ikinci, Məryəm Əfqanzadə (ROEQİUGVM, 01:39:45) isə üçüncü yerdə qərarlaşıblar.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblər medal, diplom və qiymətli hədiyyələrlə təltif olunublar.

Federasiya Kubokunun birinci mərhələsinin ilk günündə velosipedçilər kriterium yarışında mübarizə aparıblar.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
İdman 22:41
Olimpiyaçıların yenilənmiş medalları Bakıya göndərilir
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
İdman 21:32
Premyer Liqa: "Qarabağ" "Zirə"ni məğlub edib
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
İdman 23:33
"Neftçi" – "Qarabağ" oyununun keçiriləcəyi tarix müəyyənləşib
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
İdman 22:58
Ali Tsokayev Serbiyada Avropa çempionu olub
"Neftçi" 23 min manat cərimələnib
İdman 17:45
"Neftçi" 23 min manat cərimələnib
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
İdman 18:43
Kamilo Duran Kolumbiya millisinə çağırıldı
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
İdman 10:00
“Şahdağ”da keçirilməsi planlaşdırılan moqul üzrə Dünya Kuboku təxirə salınıb
"Qarabağ" 8700 manat cərimələnib
İdman 16:00
"Qarabağ" 8700 manat cərimələnib
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Siyasət 11:39
Məktəblərdə idman dərsi demək olar ki, keçirilmir -MOK-un vitse-prezidenti
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol