• $
  • £

Pay torpaqlarının bölünməsində ciddi problemlər var - Deputat

Pay torpaqlarının bölünməsində ciddi problemlər var - Deputat
14.03.2023 11:51
Azərbaycanın rayonlarında pay torpaqlarının bölünməsində ciddi problemlər hələ də qalır. Bunu deputat Cavanşir Paşazadə Milli Məclisin Aqrar siyasət komitəsinin 14 mart tarixində keçirilən iclasında deyib. 
 
"Bununla bağlı qayda və qanunlar müəyyən olunsa da, pay torpaqları düzgün şəkildə bölünmür. Ən əsası bu prosesin uzadılması isə yaxşı hal deyil. İlin əvvəlidir və kənd təsərrüfatı məhsullarının əkin vaxtıdır. İnsanlar pay torpaqlarından istifadə edə bilmir. Bu məsələni aidiyatı orqanlar diqqətdə saxlamalıdır", - deputat bildirib. 
 
Cavanşir Paşazadə suvarma ilə bağlı problemərin də diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. 
 
"Dünyada suvarma ilə bağlı hazırda ciddi problemlər yaşanır. Amma Azərbaycanda prezidentin su ilə bağlı tapşırıqları var. Buna görə vəsait də ayrılıb. Bölgələrdə suvarma üçün şərait yaradılmalıdır. Bunun üçün artizan quyuları qazılmalı idi, amma qazılmadı. Kənd məhsullarının yetişdirilməsi üçün bu vacib məsələdir", - millət vəkili vurğulayıb. 
 
Deputat İqbal Məmmədov də eyni problemin Lerikdə olduğunu açıqlayıb. 
 
Komitə sədri Tahir Kərimli çıxışında vurğulayıb ki, Azərbaycanda pay torpaqlarının verilməsində ciddi nöqsanlar hələ də qalır. O deputatlara təklif edib ki, martın 17-də Milli Məclisin plenar iclasında hökumət nümayəndələrinin iştirak edəcəyi iclasda bu problemləri çıxışlarında qeyd etsinlər. 
 
Martın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova TÜRKPA-nın Ətraf mühit, təbii ehtiyatlar və sağlamlığın qorunması komissiyasının 8-ci iclasında deyib ki, hazırda Azərbaycanda ciddi su problemi yaşanır. 
 
Gülnar Nazimqızı 




www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Cəmiyyət 12:32
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
Cəmiyyət 12:08
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol