Azərbaycan fevralda OPEC+ sazişi üzrə öhdəliklərini artıqlaması ilə yerinə yetirib

Azərbaycan fevralda OPEC+ sazişi çərçivəsində neft hasilatının azaldılması üzrə öhdəliklərini artıqlaması ilə yerinə yetirib. Bu barədə Energetika Nazirliyinin cümə günü açıqladığı məlumatda qeyd olunub.
"Azərbaycanda fevralda gündəlik neft hasilatı 531 min barel təşkil edib. OPEC+ əməkdaşlığı çərçivəsində Azərbaycanın fevralda neft hasilatı kvotası sutkada 684 min barel səviyyəsində müəyyən edilib", - məlumatda deyilir.
Energetika Nazirliyinin məlumatına görə, fevralda Azərbaycanda neft hasilatının ümumi həcmi kondensatla birlikdə sutkada 648 min barel, kondensat isə 117 min barel təşkil edib.
www.anews.az

Gülnar
www.anews.az