• $
  • £

Müdafiə naziri Baş Klinik Hospitalda olub, hərbi həkimləri təbrik edib

Müdafiə naziri Baş Klinik Hospitalda olub, hərbi həkimləri təbrik edib
19.03.2023 14:09
Martın 19-da Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Novruz bayramı münasibətilə Müdafiə Nazirliyinin Baş Klinik Hospitalını ziyarət edib, hərbi həkimləri təbrik edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Əvvəlcə hospitalın həyətində ucaldılmış ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyulub. Ulu öndərin və Azərbaycanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

General-polkovnik Zəlir Həsənov martın 5-də Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda qeyri-qanuni erməni birləşmələrinin törətdikləri təxribat nəticəsində yaralanan, eləcə də hospitalda müalicə olunan digər hərbi qulluqçularla görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, ən qısa müddətdə sağlamlıqlarını bərpa edərək xidmət yerlərinə qayıtmalarını arzulayıb.

Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Novruz bayramı təbriklərini hərbi qulluqçulara və tibb personalına çatdıran Müdafiə naziri onlara bayram sovqatları təqdim edib.

Azərbaycanın Prezidenti İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və Birinci vitse-prezident Mehriban Əliyevanın fəaliyyəti sayəsində bütün istiqamətlərdə qazanılan uğurlardan danışan nazir hərbi tibb sahəsində əldə edilən nailiyyətləri xüsusi qeyd edib.

Müdafiə naziri Türkiyədə baş vermiş zəlzələdə xəsarət alanlara tibbi yardım göstərilməsi məqsədilə Ali Baş Komandanın göstərişinə əsasən qardaş ölkəyə ezam olunan hərbi tibb personalı və hospitalın digər əməkdaşları ilə də görüşüb, yüksək peşəkarlıq nümayiş etdirdiklərinə görə onlara təşəkkürünü bildirib.
Hospitalın kollektivi və müalicə olunan hərbi qulluqçular burada yaradılan şəraitə, eləcə də hərtərəfli qayğı ilə əhatə olunduqlarına görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya və Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlıqlarını bildiriblər.

General-polkovnik Zəkir Həsənov tibb işçilərini bayram münasibətilə təbrik edib, müayinə və müalicə olunan hərbi qulluqçulara göstərilən xidmətin daha keyfiyyətli təşkili və təkmilləşdirilməsi ilə bağlı əlavə tapşırıqlar verib.


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Siyasət 16:50
Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Azərbaycan XİN və müadafiə naziri Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib
Siyasət 14:50
Azərbaycan XİN və müadafiə naziri Qazaxıstanda hərbçilərin ölümü ilə bağlı başsağlığı verib
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Siyasət 14:30
Alen Simonyan: Ermənistan Azərbaycanla diplomatik münasibətlər quracaq
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
Siyasət 13:19
Ermənistan Azərbaycana bu məhsulu ixrac edib
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
Siyasət 13:03
İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbərləri ilə görüşüb
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Siyasət 09:44
IV Bakı Təhlükəsizlik Forumu keçirilib
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
Siyasət 20:22
Azərbaycan və Fransanın XİN başçıları görüşüb
Nyu-Yorkda Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib
Siyasət 19:31
Nyu-Yorkda Azərbaycan–Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə edilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol