• $
  • £

Vəkili Bəxtiyar Hacıyevin Prezidentə müraciətini təsdiqlədi - Açıqlama/Foto

Vəkili Bəxtiyar Hacıyevin Prezidentə müraciətini təsdiqlədi - Açıqlama/Foto
21.03.2023 14:21
İctimai fəal Bəxtiyar Hacıyev Azərbaycan prezidenti İlham Əliyevə onun həbsdən azad olunmasına köməklik göstərilməsi xahişi ilə müraciət edib.
 
Məlumatı Turan-a onun vəkili Rövşanə Rəhimli təsdiqləyib.

Hacıyev Azərbaycan prezidentinə ünvanladığı ərizəsində qeyd edir ki, 2022-ci il dekabrın 9-dan ona qarşı Cinayət Məcəlləsinin 221.2 (xuliqanlıq) və 289.1-ci (məhkəməyə hörmətsizlik) maddələri ilə ittihamlarla bağlı həbsdədir.

O, dövlət başçısından onun həbsdən azad olunmasına "kömək etməyi” xahiş edir.

Vəkil  qeyd edib ki, hər bir vətəndaşın  öz hüquqlarının bərpasına köməklik göstərilməsi xahişi ilə dövlət başçısına müraciət etmək hüququ var.

Bəxtiyar Hacıyevlə bağlı vəziyyətdə bu, xüsusilə başa düşüləndir, çünki onun coxsaylı apellyasiya şikayətləri və vəsatətlər vasitəsilə azadlığa çıxmaq cəhdləri nəticəsiz qalıb.

Vəkil Rəhimli, Hacıyevin prezidentə müraciətinin müsbət nəticə verəcəyinə ümid etdiyini bildirib.

"Biz çox ümid edirik ki, Bəxtiyar Hacıyev nəinki həbsdən azad ediləcək, ümumiyyətlə, onun barəsində qanunsuz cinayət təqibinə son qoyulacaq”, - vəkil vurğulayıb.

Daha əvvəl sosial şəbələrdə Hacıyevin Prezidentə müraciətini əks etdirən ərizənin fotosu yayılıb.
 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Cəmiyyət 17:45
Formula-1 ilə əlaqədar Bakıda polis gücləndirilmiş iş rejiminə keçib
Bakcell-də hədiyyə mövsümü başladı
Cəmiyyət 16:28
Bakcell-də hədiyyə mövsümü başladı
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 16:17
Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Siyasət 15:58
Azərbaycanda yeni inkişaf strategiyası və Böyük Qayıdışın II Dövlət Proqramı hazırlanıb
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Cəmiyyət 14:47
Bakıda Böyük Hindistan Ayurveda Festivalı keçirilib
Sabahın hava proqnozu açıqlanıb
Cəmiyyət 12:39
Sabahın hava proqnozu açıqlanıb
Azərbaycan Qran-prisinə start verilib
Cəmiyyət 12:33
Azərbaycan Qran-prisinə start verilib
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Cəmiyyət 12:32
Azərbaycanda həkimlərin sayı 1,3%, psixiatrların sayı 12% azalıb
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
Cəmiyyət 12:08
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol