Azərbaycan neftinin qiyməti 77 dollara yaxınlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,96 ABŞ dolları, yaxud 2,62 % artaraq 76,71 ABŞ dolları təşkil edib.
Bu barədə neft bazarındakı mənbə məlumat verib.
Dünən hərracların nəticələrinə görə "Brent” markalı neftin may fyuçersləri isə 75,32 ABŞ dollarına satılıb.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb.
www.anews.az