İtaliya Rusiya qazından imtina etdiyi üçün ekoloji öhdəlikləri yerinə yetirə bilmir

İtaliyanın Rusiya təbii qazından imtina etməsi ölkənin ekoloji öhdəliklərə əməl etməsi ilə bağlı vəziyyəti pisləşdirir, Romanı digər ölkələrdən karbohidrogenlər idxal etməyə məcbur edir. Bu barədə bazar ertəsi Financial Times qəzeti yazıb.
www.anews.az
2021-ci ildə Şotlandiyanın Qlazqo şəhərində keçirilən Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına (COP26) Tərəflərin 26-cı Konfransından sonra İtaliya da daxil olmaqla 30 ölkə 2022-ci ilin sonuna qədər xarici qalıq yanacaq layihələrini maliyyələşdirməyi dayandırmağa razılaşıb.
Yanvarda İtaliyanın enerji şirkəti Eni Liviya ilə 8 milyard dollarlıq qaz müqaviləsi imzalayıb.
Fevralda baş nazir Corc Meloni hökumətinin iqlim dəyişikliyi probleminin mövcudluğunu inkar etmədiyini, lakin bunun üçün "praqmatik yanaşma” lazım olduğunu söyləyib.
Ukraynada xüsusi hərbi əməliyyatlar başlamazdan əvvəl İtaliyanın qaz idxalının 40%-i Rusiyadan gəlirdisə, ötən il bu pay 16%-ə düşüb. İndi daha çox
İtaliya Əlcəzair və Azərbaycan tərəfindən qazla təmin olunur.
Zinyət Mehdiyeva
www.anews.az