Azərbaycanın dəniz limanları yük daşımalarını azaldıb

2023-cü ilin ik iki ayında ötən ilin eyni dövrü ilə müqayisədə Azərbaycanın dəniz limanları yük daşımalarını 1,1% azaldıb və 1 milyon 591,6 min tona qədər çatdırıblar. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Yüklərin ümumi həcminin 1 milyon 316,2 min tonu və ya 82,7 faizi beynəlxalq tranzit yüklərin, 17,3 faizi isə yerli yüklərin payına düşüb. 2022-ci ilin yanvar-fevralında ötən ilin eyni dövrü ilə müqayisədə tranzit yüklərin daşınmasında azalma 12,9% təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü il martın 1-nə Azərbaycanın dəniz limanlarının anbarlarında 60,2 min ton yük qalıb.
2022-ci ildə Azərbaycanın dəniz limanları vasitəsilə yüklərin daşınması 11 milyon 750,6 min ton (artım 32,4%) təşkil edib.
Azərbaycanın bütün limanları (Bakı, Astara, Lənkəran və Sumqayıt) Xəzər dənizinin sahilində yerləşir. Bakı limanının Dübəndi və Səngəçalda böyük neft terminalları var.
Bundan əlavə, 2014-cü ildə Ələt qəsəbəsində yeni Bakı Dəniz Beynəlxalq Limanının ərazisində bərə terminalı, 2018-ci ilin yanvarında isə Ro-Ro terminalı istifadəyə verilib.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 