Macarıstan Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya edib
Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzvlüyünü ratifikasiya etməyə səs verib. Bu barədə Macarıstan Milli Assambleyasının saytında məlumat yerləşdirilib.
Finlandiyanın NATO-ya qəbulunu 117 deputat dəstəkləyib, 40 deputat əleyhinə, 18 deputat isə bitərəf qalıb.
Bundan əvvəl hakim "Fidesz" fraksiyasının rəhbəri Mate Koçiş bildirmişdi ki, Macarıstan parlamenti Finlandiyanın NATO-ya üzvlüyü ilə bağlı martın 27-də səsvermə keçirəcək, İsveçin üzvlüklə bağlı qərar isə daha sonra veriləcək.
www.anews.az

Macarıstanın baş naziri Viktor Orban bir qədər əvvəl bildirib ki, Macarıstan hökuməti Finlandiya və İsveçin NATO-ya qoşulmasını dəstəkləyir, lakin Macarıstan parlamentariləri bunu ratifikasiya etməyə həvəsli deyillər, çünki bu ölkələrin hakimiyyət orqanları Macarıstan haqqında "xoşagəlməz yalanlar” yayırlar.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər