Bakıda “Fintex Summit 2023” Maliyyə və Texnologiyalar Sərgisi keçiriləcək

2023-cü il iyunun 13-14-də Bakıda "Fintex Summit 2023” Maliyyə və Texnologiyalar Sərgisi keçiriləcək. Bu barədə Mərkəzi Bank məlumat verib.
Sammit Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Mərkəzi Bankı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi tərəfində təşkil ediləcək.
Forum "Bank və Maliyyə Ekosistemində Yeni Trendlər: İnnovativ Həllər, FinTex və Təhlükəsizlik” mövzusuna həsr olunacaq.
Yeni maliyyə və bank məhsullarının təqdim etdiyi imkanlar, innovativ ödəniş həlləri, rəqəmsal valyutalar, bankların fintex şirkətləri ilə əməkdaşlıq imkanları, eləcə də bu cür texnologiyaların meydana çıxması ilə yaranan təhlükəsizlik məsələləri müzakirə olunacaq.
Sammitdə 8 panel çərçivəsində 45 məruzəçinin çıxışı nəzərdə tutulub.
Tədbirdə 120 şirkət və sektoru təmsil edən 1,5 min nümayəndə iştirak edəcək.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 