2023-cü ilin iki ayında dövlət satınalmalarının ümumi məbləği artıb

2023-cü ilin yanvar-fevralında Azərbaycanda dövlət satınalmalarının ümumi məbləği 1 119,4 milyon manat olub, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,7 % çoxdur. Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli tvitter hesabında yazıb.
2022-ci ildə dövlət satınalmaları üzrə ümumi satınalmanın məbləği 6779,2 mln. manat təşkil edib.
Bu satınalmaların 95%-i mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payına düşür. Ötən il müsabiqə əsaslı satınalmaların payı 70,1% artıb ki, bu da 4500,8 mln. manat edib.
Aytac Zeynalova
www.anews.az
Son xəbərlər
Daha çox 