Azərbaycanın İsraillə ticarət dövriyyəsi artıb

2023- cü ilin ilk iki ayında Azərbaycanın İsraillə ticarət dövriyyəsinin ümumi həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 26,3 faiz artaraq 334 136,93 min dollar təşkil edib. Bu barədə "vergiler.az" Dövlət Gömrük Komitəsinin hesabatı əsasında hesablama aparıb.
Cari ilin yanvar-fevralında Azərbaycandan İsrailə 331 957,08 min dollar dəyərində məhsul ixrac edilib ki, bu da 2022-ci ilin eyni dövrü ilə müqayisədə 72 129,02 min dollar artıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2021-ci il ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 68,6 faiz, real ifadədə 9,3 faiz, o cümlədən ixrac 13,3 faiz, idxal isə 1,7 faiz artıb.
Xarici ticarət dövriyyəsinin 90 faizi İtaliya, Türkiyə, Rusiya, Hindistan, Çin, İsrail, Yunanıstan, Birləşmiş Krallıq, Xorvatiya, Almaniya, İspaniya, Çexiya, Portuqaliya, Gürcüstan, Ukrayna, Qazaxıstan, ABŞ, İndoneziya, Vyetnam, Rumıniya, İsveçrə, Tunis və İran ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
www.anews.az

Cari ilin ilk iki ayında ölkənin ümumi ticarət dövriyyəsində İsrail ilə ticarətin payı 4,66 faiz təşkil edib ki, bu da bir il əvvəlki eyni göstəricidən 1,33 faiz bəndi çoxdur.
2022-ci ildə xarici ticarət dövriyyəsi 46 milyard 633,2 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 35 milyard 45,6 milyon dollar, idxalın dəyəri 11 milyard 587,6 milyon dollar təşkil edib. Nəticədə 23 milyard 458 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, 2021-ci il ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 68,6 faiz, real ifadədə 9,3 faiz, o cümlədən ixrac 13,3 faiz, idxal isə 1,7 faiz artıb.
Xarici ticarət dövriyyəsinin 90 faizi İtaliya, Türkiyə, Rusiya, Hindistan, Çin, İsrail, Yunanıstan, Birləşmiş Krallıq, Xorvatiya, Almaniya, İspaniya, Çexiya, Portuqaliya, Gürcüstan, Ukrayna, Qazaxıstan, ABŞ, İndoneziya, Vyetnam, Rumıniya, İsveçrə, Tunis və İran ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.
Aytac
www.anews.az
Son xəbərlər
Daha çox 