Zəlzələdən sonra Türkiyədə 658 mindən çox insan gəlirlərini itirib
Türkiyədə baş verən zəlzələdən sonra 658 mindən çox insan gəlirlərini itirib. Bu barədə çərşənbə axşamı Beynəlxalq Əmək Təşkilatı məlumat verib.
İlkin məlumatlara görə, Türkiyədə 658 mindən çox işçi zəlzələ nəticəsində çörəkpulu qazana bilmir. Ölkə hakimiyyətinin məlumatına görə, "150 mindən çox iş yeri yararsızdır.
Beynəlxalq Əmək Təşkilatının hesablamalarına görə, təsirə məruz qalan ərazilərdə hər bir işçi ayda orta hesabla 230 dollardan çox itirir və ümumilikdə, cari böhran səbəbindən gəlir itkiləri ayda təxminən 150 milyon dollar təşkil edir.
Hesabatda qeyd olunub ki, 12 ildir davam edən vətəndaş müharibəsinin artıq iqtisadiyyata və əmək bazarına böyük ziyan vurduğu Suriyada zəlzələlər nəticəsində təxminən 170 min işçi işini itirib.
BMT-nin ixtisaslaşmış qurumu olan BƏT zəlzələlər nəticəsində gəlirlərini itirmiş sakinlərə təcili və məqsədyönlü dəstək göstərilməsə, Türkiyə və Suriyada yoxsulluğun artacağını proqnozlaşdırır.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər