• $
  • £

Türkiyənin quraqlığın azaldılması tədbirlərinə ehtiyacı var - ekspert

Türkiyənin quraqlığın azaldılması tədbirlərinə ehtiyacı var - ekspert
28.03.2023 17:45
Türkiyə Aralıq dənizi hövzəsində yerləşir - qlobal iqlim dəyişikliyinin mənfi təsirlərindən ən çox təsirlənən regionlardan biridir. Bölgədə havanın temperaturu digərlərinə nisbətən daha sürətlə yüksəlir. Bundan əlavə, ekoloqların fikrincə, bu əsrin sonuna qədər Aralıq dənizi hövzəsində yağıntıların miqdarı demək olar ki, 30 faiz azalacaq. Bu barədə Boğaziçi Universitetinin İqlim Dəyişiklikləri Araşdırma Mərkəzinin rəhbəri, professor Levent Kurnaz analtik yazısında qeyd edib.

Professorbildirib ki, əhalinin artması ilə birlikdə yağıntıların azalması region ölkələri üçün, o cümlədən ərzaq təhlükəsizliyi kontekstində ciddi problemlər yaradır.

Bu baxımdan quraqlığı Türkiyə üçün ən böyük problemlərdən biri adlandırmaq olar və onun mənfi təsiri gələcəkdə daha da artacaq.

Türkiyədə də bu il quraq keçib. Türkiyə ərazisinin yarıdan çoxuna düşən yağıntıların miqdarı 50 faiz azalıb.

Yağışların azalması Türkiyənin əksər şəhərlərində əhəmiyyətli su qıtlığı yaradacaq. İstanbul, İzmir və Bursa kimi şəhərlərdəki su anbarlarının doluluğu qışın sonundan etibarən olduqca aşağıdır.

Yazı müəllifi qeyd edir ki, Türkiyədə quraqlıq riskini azaldacaq qabaqlayıcı tədbirlər görmək lazımdır.

Türkiyədə görülən və ya planlaşdırılan demək olar ki, bütün tədbirlər quraqlığın müvəqqəti olduğu və yağışın sonunda yağacağı ehtimalına əsaslanır. Lakin, təəssüf ki, iqlim dəyişikliyi bütün yağıntı rejimini dəyişir. Görülən tədbirlər ekoloji reallıqlar nəzərə alınmaqla daimi olmalıdır.
 
BMT-nin proqnozlarına görə, 2050-ci ilə qədər dünyanın şəhər əhalisi 2 milyard nəfər artacaq. Lakin bu artımın böyük hissəsi indiki iri şəhərlərdə deyil, orta ölçülü aqlomerasiyalarda (əhalisi 500 mindən 1 milyon nəfərə qədər) cəmləşəcək.
 
Bu səbəbdən suya çıxışı olan və iqlim dəyişikliyinin mənfi təsirlərindən nisbətən az təsirlənən regionlarda lazımi infrastrukturun yaradılması gələcəyin təminatı olacaq.

Bir tərəfdən quraqlıq və su ehtiyatlarının azalması faktorlarını, digər tərəfdən isə əhali artımı və iqlim köçü ehtimalını nəzərə alaraq Türkiyə bu gün lazımi tədbirləri görməlidir.
 
Gülnar 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Paşinyan Azərbaycandan Ermənistana neft məhsulları tədarükünü müsbət qiymətləndirib
Cəmiyyət 14:54
Paşinyan Azərbaycandan Ermənistana neft məhsulları tədarükünü müsbət qiymətləndirib
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Cəmiyyət 21:04
Ermənistanın XİN rəhbəri ATƏT-in baş katibi ilə görüşüb
Qəzzaya humanitar yardım edilib
Cəmiyyət 15:59
Qəzzaya humanitar yardım edilib
Arıqlamaq üçün gündə nə qədər kalori itirmək lazımdır? - Alimlərdən araşdırma
Cəmiyyət 17:11
Arıqlamaq üçün gündə nə qədər kalori itirmək lazımdır? - Alimlərdən araşdırma
Komandirə başqa hava limanları təklif edilib, lakin o Aktaunu seçib - Rusiya
Cəmiyyət 15:29
Komandirə başqa hava limanları təklif edilib, lakin o Aktaunu seçib - Rusiya
İPhone 16-nın ən ucuz və ən baha satıldığı ölkələrin adları açıqlanıb
Cəmiyyət 15:47
İPhone 16-nın ən ucuz və ən baha satıldığı ölkələrin adları açıqlanıb
BƏƏ Durovun həbsi səbəbindən  Fransa ilə razılaşmanı pozub
Cəmiyyət 16:48
BƏƏ Durovun həbsi səbəbindən Fransa ilə razılaşmanı pozub
Ərizə yazıb istefa verdiyi vəzifəyə yenidən qayıtdı
Cəmiyyət 17:15
Ərizə yazıb istefa verdiyi vəzifəyə yenidən qayıtdı
Gürcüstanda partiya Putinə müraciət edib
Cəmiyyət 13:51
Gürcüstanda partiya Putinə müraciət edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol