Rusiyanın Ukraynadakı itkiləri açıqlanıb
Son sutkada Rusiyanın 610 işğalçısı məhv edilib, ümumi itkiləri 172 340 nəfərdir. Bu barədə UNİAN-a Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Qəragahın məlumatına görə, daha 7 tank, 6 artilleriya sistemi, 1 reaktiv yaylım atəş sistemi, 1 təyyarə, 4 əməliyyat-taktiki səviyyəli pilotsuz uçuş aparatı, 5 avtomobil və tanker, o cümlədən 1 ədəd xüsusi texnika məhv edilib.
Rusiya daha çox Avdeyevski, Baxmut, Liman və Maryinski istiqamətlərində 50 dəfədən çox hücum ediblər. Nəticədə isə Ukrayna ordusu tərəfindən qarşısı alınıb.
Ukrayna Müdafiə Nazirliyinin rəis müavini Anna Malyar bildirib ki, işğalçılar Baxmut istiqamətində ən böyük hücum imkanlarını cəmləməkdə davam edir və Baxmutdakı vəziyyətlə bağlı informasiya-psixoloji əməliyyat keçirirlər.
Rusiyanın Ukraynadakı ümumi itkiləri martın 28-də təxminən 171 min 730 nəfər təşkil edib.
Zinyət Mehtiyeva
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər