• $
  • £

Bakıda orta aylıq əməkhaqqı bu qədər olub- STATİSTİKA

Bakıda orta aylıq əməkhaqqı bu qədər olub- STATİSTİKA
29.03.2023 17:58
2023-cü ilin yanvarında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1 086,9 manat olub, bu da ötən ilin eyni dövrünə nisbətən  11,5 faiz artıb.
Bu barədə Bakı şəhər Statistika İdarəsinə istinadən xəbər verir.

Ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 11,8 % artaraq 856,2 manata çatıb.
 
Dövlət Statistika Komitəsinin məlumatına görə, ötən il iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı yüksək olub.

Muzdla işləyənlərin 19,1 faizi təhsil, 18,7 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7 faizi sənaye, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,6 faizi tikinti, 6,5 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4 faizi peşə, elmi və texniki fəaliyyət, 1,9 faizi maliyyə və sığorta fəaliyyəti, 14,1 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
 
Aytac
 

 

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:48
Bu günün valyuta məzənnələri açıqlanıb

Dünya bazarlarında neft bahalaşır
İqtisadiyyat 09:28
Dünya bazarlarında neft bahalaşır
ABŞ əmək bazarı göstəricilərindən sonra qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 08:15
ABŞ əmək bazarı göstəricilərindən sonra qızıl və gümüş ucuzlaşıb
Azərbaycandan Ermənistana növbəti partiya dizel yanacağı göndərilib.
İqtisadiyyat 12:47
Azərbaycandan Ermənistana növbəti partiya dizel yanacağı göndərilib.
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:00
Azərbaycan nefti ucuzlaşıb
Около 12 тысяч семей обеспечены льготным жильем по проектам MİDA
İqtisadiyyat 14:20
Около 12 тысяч семей обеспечены льготным жильем по проектам MİDA

"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını artırıb
İqtisadiyyat 13:21
"Azərbaycan Dəmir Yolları" sərnişin daşımasını artırıb

SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib
İqtisadiyyat 11:53
SOCAR ilk dəfə İtaliyadan Gürcüstana 5 min ton benzin idxal edib

Qızıl və gümüş ucuzlaşıb
İqtisadiyyat 10:35
Qızıl və gümüş ucuzlaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol