• $
  • £

CNBC: Türkiyə müdafiə ixracı gəlirlərini 42% artırdı

CNBC: Türkiyə müdafiə ixracı gəlirlərini 42% artırdı
29.03.2023 20:33
Türkiyə yalnız 2020-ci ildən 2021-ci ilə qədər müdafiə təyinatlı məhsulların digər dövlətlərə ixracından əldə etdiyi gəliri 42% artırıb. Bu barədə Ankaranın hərbi-sənaye kompleksini inkişaf etdirmək və qlobal təsirini artırmaqla bağlı genişmiqyaslı planlarını şərh edən CNBC telekanalı xəbər verir.


Türkiyə hərbi sənayesinin ən məşhur seqmentlərindən biri pilotsuz uçuş aparatlarının istehsalıdır. İHA Bayraktar TB-2 Ukraynada istifadə olunduqdan sonra dünya şöhrəti qazandı. Türkiyə bu dronu hər cür reklam edərək, digər dövlətlərdən ona olan marağın artmasına töhfə verir.

Amma pilotsuz təyyarələr Türkiyə hərbi sənayesinin yeganə məhsulları deyil. Hərbi sənayedə fəaliyyət göstərən türk şirkətlərinin bağladığı beynəlxalq sövdələşmələrin sayı son illərdə kəskin şəkildə artıb. Türkiyə 2022-ci ildə 4,4 milyard dollar müdafiə ixracı əldə edib ki, bu da bəzi Avropa dövlətlərinin illik hərbi büdcəsindən çoxdur.


Xaricə silah satışı Türkiyəni beynəlxalq siyasi səhnədə getdikcə nüfuzlu oyunçuya çevirir. Ankara Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Azərbaycan kimi ölkələrə "Türk əməkdaşlığı” kartını oynamaqla təsirini artırır. Amma digər ölkələrlə, o cümlədən təkcə Tunis və ya Səudiyyə Ərəbistanı ilə deyil, Polşa ilə də əlaqələr qurulur.

Qərb mətbuatı yazır ki, Ukraynadakı münaqişə Amerika və Avropa silahlarından daha ucuz olan və Asiya, Afrika, Cənubi Amerika və hətta Şərqi Avropanın bir çox ölkələrinin marağına səbəb ola biləcək Türkiyə də daxil olmaqla silahlara böyük tələbat yaradıb.
 
Gülnar

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
Siyasət 15:09
Rəsmi İrandan dron hücumu ilə bağlı- Açıqlama
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Siyasət 14:30
ABŞ Ukrayna üzrə razılaşmanı 4 iyuladək əldə etməyə çalışır — Bloomberg
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
Siyasət 17:49
Davosda İran XİN başçısının çıxışı ləğv edilib
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Siyasət 10:49
İran XİN: Etirazçılarla bağlı edam planı yoxdur, ölənlərin sayı “yüzlərlədir”
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Siyasət 16:06
Hindistan vətəndaşlarına İranı tərk etmək tövsiyə olunub
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Siyasət 12:56
Tramp beynəxalq siyasətdə özünü yüksək əxlaqlı şəxs adlandırıb
Xamenei iranlıları birliyi qorumağa çağırıb
Siyasət 13:36
Xamenei iranlıları birliyi qorumağa çağırıb
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Siyasət 10:02
“Tramp yolu”nun Rusiyanın iştirakı olmadan həyata keçirilməsi çətindir -Rusiya XİN
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Siyasət 14:58
Ermənistan parlament sədri Azərbaycana gəlməyə hazır olduğunu bəyan edib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol