Azərbaycan Premium Euro-95 markalı benzinin idxalını azaldıb

2023-cü ilin yanvarında Azərbaycan 2459,89 ton Premium Euro-95 markalı avtomobil benzini idxal edib ki, bu da 2022-ci ilin yanvarı ilə müqayisədə 49,1% azdır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
İdxal edilən Premium Euro-95 markalı benzinin dəyəri 2 milyon 489,78 min dollar (azalma 38,3%) təşkil edib və əsasən Rusiyadan alınıb.
2022-ci ilin yanvarı ilə müqayisədə Rusiyadan bu markalı benzinin idxalı kəmiyyət ifadəsində 24,5%, dəyər ifadəsində isə 43,9% artıb.
2022-ci ilin yanvarında Azərbaycan Premium Euro-95 markalı benzini əsasən Rumıniyadan idxal edib.
Statistikaya görə, 2023-cü ilin yanvarında Azərbaycana Super Euro-98 markalı benzin idxal edilməyib.
2022-ci ildə Azərbaycan 102 540 180 ABŞ dolları məbləğində (azalma 7,7%) 99 490,98 ton Premium Euro-95 (32,5% azalma) avtomobil benzini idxal edib. "Premium Euro-95” markalı benzinin Azərbaycana idxalının 73,4%-i Rusiyanın payına düşüb.
Azərbaycana Super Euro-98 markalı avtomobil benzininin idxalı 2 milyon 52 490 dollara (azalma 14,3%) 1670,95 ton (37,8% azalma) təşkil edib.
Azərbaycana "Premium Euro-95” və "Super Euro-98” markalı avtomobil benzinlərinin idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda Azərbaycanın daxili bazarında "Premium Euro-95” markalı benzinin pərakəndə satış qiyməti 1 litr üçün 2 manat, "Super Euro-98” markalı benzinin pərakəndə satış qiyməti 2,3 manatdır.
www.anews.az
Son xəbərlər
Daha çox 