Azərbaycanda bankların istehlak kreditləri portfeli artıb

2023-cü ilin yanvar-fevralında Azərbaycanda bankların ipoteka və istehlak kreditləri portfeli artıb, biznes kreditləri portfeli isə azalıb. Bu barədə Azərbaycan Mərkəi Bankı (AMB) xəbər verib.
Mərkəzi Bankın məlumatına görə, 28 fevral 2023-cü il tarixinə bankların kredit portfeli 19 milyard 757,4 milyon manat təşkil edib. Bu da 2022-ci ilin sonuna olan göstərici ilə müqayisədə 0,8% çoxdur.
2023-cü ilin yanvar-fevralında bankların biznes kreditləri portfeli 0,2% artaraq 10 milyard 835,6 milyon manata kimi azalıb. Bu bütün kredit portfelinin 54,8%-i qədərdir. Fevralda bankların kredit portfel 10 milyon manat azalıb.
Yanvar-fevralda bankların istehlak kreditləri portfeli 1,9% artaraq 5 milyard 863,6 milyon manat təşkil edib. Bu da cəmi portfelin 29,7%-ə bərabərdir.
Hesabat dövründə bankların ipoteka kreditləri portfeli 2,4% və ya 3 milyard 3058,2 milyon manata qədər artıb.
2023-cü il fevralın 28-ə Azərbaycanda 25 bank fəaliyyət göstərib.
N.Təbrizli
www.anews.az
Son xəbərlər
Daha çox 