• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Qazprombank: Azərbaycan Avrasiyanın yeni aparıcı logistik mərkəzinə çevrilir

Qazprombank: Azərbaycan Avrasiyanın yeni aparıcı logistik mərkəzinə çevrilir
02.04.2023 11:48
Avropa və Çin arasında strateji cəhətdən əlverişli mövqedə yerləşən və inkişaf etmiş aviasiya, dəmir yolu, boru kəməri və dəniz infrastrukturuna malik Azərbaycan Avrasiyada qlobal təchizat zəncirlərinin yenidən qurulması fonunda yeni aparıcı logistika mərkəzinə çevrilir.

Bunu Rusiyanın Qazprombank bankının Təhlil şöbəsinin müdir müavini, MDB ölkələri üzrə baş iqtisadçı Gülnarə Xaydarşina deyib.

Neft və qaz ixracatçısı kimi Azərbaycan yüksək karbohidrogen qiymətlərinin və tədarük zəncirlərinin yenidən qurulmasının əsas benefisiarlarından biridir. Eyni zamanda, yenidən tətbiq edilən karantin tədbirlərinin olmaması, turist axını və pul köçürmələri sayəsində, biz ölkənin qeyri-neft-qaz sektorunda iqtisadi fəallığın bərpasını müşahidə edirik, – Gülnarə Xaydarşina bildirib.

Onun sözlərinə görə, ortamüddətli perspektivdə iqtisadiyyatın şaxələndirilməsinin əsas hərəkətverici qüvvəsi Qarabağda yeni nəqliyyat və sosial infrastrukturun, sənaye parklarının və bərpa olunan enerji obyektlərinin tikintisini əhatə edən yeni layihələr olacaq.

Bundan əlavə, Qazprombankın iqtisadçısı hesab edir ki, xarici böhran təzahürlərinə baxmayaraq, Azərbaycan MDB məkanında ÜDM-yə nisbətdə ən yüksək valyuta ehtiyatlarına malik ölkələrdən biridir: Ölkənin strateji qızıl-valyuta ehtiyatları 2022-ci ildə təxminən 58 milyard ABŞ dolları (ÜDM-in 73,7 %-i) təşkil edib ki, bu da 49,5 aylıq idxalı əhatə edir.

Eyni zamanda, xarici şoklara və fiskal stimullara baxmayaraq, Dövlət Neft Fondunun (ARDNF) aktivləri rekord həddə çatıb. Yüksək karbohidrogen qiymətləri sayəsində ötən il dövlət büdcəsinə 12,7 milyard manat (7,5 milyard ABŞ dolları) transfer edilməsinə baxmayaraq, 2022-ci ildə ARDNF-nin aktivləri 8,9 % artaraq rekord səviyyəyə – 49 milyard ABŞ dollarına çatıb. Belə əhəmiyyətli artıma bu amillər təsir edib: qlobal iqtisadi canlanma kontekstində karbohidrogen bazarında müsbət dinamikanın (2022-ci ildə "Brent” neftinin orta qiyməti bir barel üçün 99 ABŞ dolları təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 39,7 % çoxdur) ARDNF-nin vəsaitlərinin artırılması səbəb olması; həftəlik valyuta hərraclarında Neft Fondunun xarici valyuta satışında 22,5 % azalmanın qeydə alınması, – Gülnarə Xaydarşina qeyd edib.

Qazprombankın hesablamalarına görə, Qarabağda həyata keçirilən yeni layihələr və Azərbaycanın Avrasiya regionunda artmaqda olan logistik əhəmiyyəti sayəsində qeyri-neft-qaz sektorunun hazırkı inkişaf tempini saxlamaqla, 2024-cü ildə sonuncunun ÜDM-dəki payı 70 %-ə yaxınlaşacaq. Bu, ölkənin müasir tarixində ən yüksək səviyyə olacaq, – o deyib.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
BANM və SOCAR Capital-ın birgə təşkilatçılığı ilə beynəlxalq maliyyə bazarları mövzusunda təqdimat keçirilib
İqtisadiyyat 14:51
BANM və SOCAR Capital-ın birgə təşkilatçılığı ilə beynəlxalq maliyyə bazarları mövzusunda təqdimat keçirilib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 13:06
Azərbaycan nefti ucuzlaşıb
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
İqtisadiyyat 17:21
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir

Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
İqtisadiyyat 17:09
Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
İqtisadiyyat 15:30
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
İqtisadiyyat 14:38
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
İqtisadiyyat 11:26
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
“Azərkosmos”un ixrac gəlirləri artıb
İqtisadiyyat 11:23
“Azərkosmos”un ixrac gəlirləri artıb
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol