Rusiyanın ümumi itkilərinin sayı açıqlanıb
Rusiyanın Ukraynadakı itkilərinin sayı son sutkada 610 nəfər olub. Bu barədə UNİAN-a Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat verib.
Müharibə başlayandan Rusiyanın ümumi itkilərinin sayı 175 160 nəfərdir.
Qərargahın məlumatına görə, Rusiyanın bir tankı, 7 zirehli döyüş maşını, 7 artilleriya sistemi, 1 hava hücumundan müdafiə sistemi, 13 operativ-taktiki səviyyəli pilotsuz uçuş aparatı, 16 texnika və tankeri, 2 ədəd xüsusi texnikası məhv edilib.
Aprelin 3-də səhər saatlarına olan məlumatda bildirilir ki, Ukrayna torpaqlarında Ruslar Avdeyevski, Limanski, Baxmutski və Maryinski istiqamətlərində Ukrayna əsgərlərinə 70-dən çox hücum edib və məğlub olub.
2021 ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir. Rusiya Ukraynanın Xerson və Zaporojye, "Donetsk XR" və "Luqansk XR" separatçı qurumlarını birtərəfli qaydada ilhaq etdiyini açıqlayıb.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər