Naxçıvan MR enerjiyə tələbatının 50% belə ödəyir

Naxçıvan Muxtar Respublikası elektrikə olan ehtiyacının 50%-i bərpa olunan enerji mənbələri hesabına ödəyir. Bunu Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov bazar ertəsi jurnalistlərə bildirib.
www.anews.az
"Ölkədəki ən yaxşı radiasiya Naxçıvandadır. Orada hal-hazırda 2 Ordubad su elektrik stansiyası tikilir. Naxçıvan bəzi illərdə bərpa olunan enerjidən daha çox elektrik alıb, nəinki qazdan. Bərpa olunan enerji mənbələri hesabına muxtar respublika bəzən öz ehtiyacının 50%-dən çoxunu ödəyib. Ayrıca region olaraq çox yaxşı göstəricisi var”, Soltanov deyib.
Onun sözlərinə görə, Azərbaycan Naxçıvan ərazisində xarici tərəfdaşlarla birgə ümumi gücü 1500 MVt olan təmiz enerji layihələri icra etməkdə maraqlıdır.
Onun sözlərinə görə, Naxçıvanın daha bir özəlliyi Türkiyə bazarına birbaşa çıxışın olmasıdır.
Zinyət Mehtiyeva
www.anews.az
Son xəbərlər
Daha çox 