BP artıq Qarabağda işə başlayıb

BP şirkəti artıq Azərbaycanın azad edilmiş ərazisində "Şəfəq" elektrik stansiyasının tikintisi öncəsi işlərlə tanış olmaq üçün əraziyə gəlib. Bunu Azərbaycan energetika nazirinin müavini Elnur Soltanov bazar ertəsi jurnalistlərə bildirib.
"Qarabağda enerji sahəsində artıq bp ilə əməkdaşlıq qurulub. bp-dən olan həmkarlar ərazinin dörd metrədək dərinlikdə minalardan təmizlənməsini tələb edirlər ki, bu da minatəmizləmə prosesini ləngidir və qəlizləşdirir. Lakin proses davam edir, bp əməkdaşları artıq əraziyə səfər edərək cari işlərlə tanış olublar", - Soltanov bildirib.
2021-ci il iyunun 3-də Azərbaycan Respublikasının Energetika Nazirliyi və bp arasında Zəngilan/Cəbrayıl rayonu ərazisində 240 MVt gücündə günəş elektrik stansiyasının tikintisi layihəsinin qiymətləndirilməsi və həyata keçirilməsi üzrə əməkdaşlığa dair İcra Müqaviləsi imzalanıb.
"Bakı Enerji Həftəsi” çərçivəsində Şuşa şəhərində imzalanan bu sənəd "Şəfəq” Günəş Elektrik Stansiyası layihəsinin reallaşdırılması istiqamətində birgə fəaliyyəti yekunlaşdırmaq üçün görüləcək tədbirləri əks etdirir.
www.anews.az

Zinyət Mehtiyeva
www.anews.az
Son xəbərlər
Daha çox 