Rusiya Ukrayna müharibəsində ölən uşaqların sayı açıqlanıb
Rusiya Ukrayna müharibəsi nəticəsində Ukraynada ümumilikdə 501 uşaq ölüb. Bu barədə UNICEF-in icraçı direktoru Catherine Russell tvitter hesabında yazıb.
O bildirib ki, faktiki qurbanların sayı daha çox ola bilər. Hazırkı məlumatların BMT tərəfindən təsdiqləndiyini və ilkin olduğunu vurğulayıb.
"Həqiqi rəqəmin daha çox olacağı ehtimal edilir və təsirə məruz qalan ailələr üçün nəticələrin şiddəti sadəcə təsəvvür edilə bilməz. Bu, Ukraynanın uşaqları və ailələri üçün növbəti faciəli hadisədir”, - Rassel bildirib.
Ukrayna Rusiyadan qanunsuz olaraq deportasiya edilmiş 4000-dən çox kimsəsiz uşağın geri qaytarılmasını tələb edib. Bu barədə Ukrayna baş nazirinin müavini, müvəqqəti işğal olunmuş ərazilərin reinteqrasiyası naziri İrina Vereşçuk Zaporojyaya səfəri zamanı deyib.
Bundan əvvəl BMT-də müharibə başlayandan 8000 ukraynalı mülki şəxsin həlak olması ilə bağlı məlumatlar dərc olunub.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər