Daha bir ölkə Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib
Norveç Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə Norveç Xarici İşlər Nazirliyinin bəyanatında deyilib.
Sanksiyaya 87 nəfər və 34 hüquqi şəxs daxil olunub.
"Bu sanksiyalar Avropa İttifaqının 2023-cü il fevralın 25-də qəbul etdiyi onuncu sanksiyalar paketini tam əks etdirir. Norveç bəzi dəyişikliklərlə Aİ-nin Rusiyaya qarşı sanksiyalarına qoşulub”, - sənəddə qeyd edilib.
Norveç artıq rusiyalı 1678 fiziki və hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
Avropa İttifaqı (Aİ) Şurası Ukraynaya görə Rusiyaya tətbiq edilən sanksiyaları 2023-cü il sentyabrın 15-dək uzadıb. Sanksiyalar 1473 fiziki şəxsə və 205 təşkilata şamil edilib.
Müharibədən əvvəl Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ümumi sayı 14 min 22 olub.
2022-ci ilin fevralın 22-dən etibarən isə Rusiyaya 11 327 yeni sanksiya tətbiq edilib. Rusiyaya qarşı ən çox sanksiya tətbiq edən ölkə ABŞ (1948 sanksiya) olub.
Dünyada ən çox sanksiya tətbiq edilən ölkələr siyahısında Belarus 1155 sanksiya, Venesuela 651 və Myanma 839 sanksiya ilə yer alıb.

Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər