ACE platformasının üst modulları hazırdır

ACE
layihəsi çərçivəsində dənizin təxminən 140 metr dərinliyində, mövcud Mərkəzi Azəri
və Şərqi Azəri platformalarının arasında yeni 48 şaxtalı hasilat, qazma və
yaşayış platforması quraşdırılacaq. Bu barədə bp-dən məlumat verilib.
Bildirilib ki, layihəyə həmçinin yataqdaxili yeni sualtı
boru kəmərləri də daxildir. Bu xətlər platformadan hasil ediləcək neft və qazın
Səngəçal terminalına ötürülməsi üçün mövcud AÇG Faza 2 sualtı ixrac kəmərlərinə
qoşulacaq.
6
milyard dollarlıq ACE layihəsi Xəzər dənizində nəhəng AÇG yatağının işlənməsinin
növbəti mərhələsidir. Layihəyə yeni dəniz platforması və gündəlik 100 000 barelədək
hasilat gücündə digər qurğular daxildir. Layihənin istismar müddəti ərzində ümumilikdə
300 milyon barelədək neft hasil olunacağı proqnozlaşdırılır.
ACE layihəsi üzrə yekun investisiya qərarı 2019-cu ilin aprelində qəbul olunub. Bu, 2017-ci ildə Azəri-Çıraq-Günəşli (AÇG) üzrə Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 2049-cu ilə qədər uzadılmasından sonra AÇG tərəfdaşlarının ilk böyük investisiya qərarıdır. 1994-cü ildə birinci AÇG HPBS-nin imzalanmasından bəri AÇG sahəsinin işlənməsinə ümumilikdə 42 milyard dollar investisiya qoyulub.
Laya vurulan suları Mərkəzi Azəri kompressiya və suvurma platformasından
ACE qurğularına nəql etmək məqsədilə ACE və Şərqi Azəri platformaları arasında
suvurma üçün boru xətti də olacaq.
ACE platforması Səngəçal terminalından, yəni uzaq məsafədən idarə ediləcək. Bunun üçün platformanın idarə mexanizminə innovativ sistem avtomatlaşdırmaları daxil edilib və Səngəçal terminalında yeni ACE idarəetmə mərkəzi inşa edilib.

ACE AÇG platformaları
arasında uzaq məsafədən idarə olunan ilk platforma olacaq. Terminalda idarəetmə
mərkəzi artıq tam hazırdır və işlək vəziyyətə gətirilib ki, sınaq işləri
aparıla bilsin.
Ümumi layihənin tikinti işləri 2019-cu ilin sonlarında başlanıb və yerli resurslardan istifadə olunmaqla ölkə daxilində həyata keçirilib. İşlərin pik dövründə Azərbaycanda tikinti işlərinə 8500 nəfərdən çox işçi cəlb edilib.
Heç bir xəsarətə yol vermədən 25 milyon saat iş yerinə yetirilməklə layihənin iş həcminin 85%-i artıq tamamlanıb.

Layihənin
pik dövründə üst modulların tikintisi işlərinə 4400 nəfərədək işçi cəlb edilib
və onların 90%-dən çoxu Azərbaycan vətəndaşı olub.
Bu gün Prezident İlham Əliyev də ACE platformasının üst modillarının inşa edildiyi Bayıl tikinti-quraşdırma sahəsində iştirak edib.
www.anews.az
Son xəbərlər
Daha çox 