Pentaqon Kiyevə 2.6 milyardlıq yeni hərbi yardım ayırdı
ABŞ Müdafiə Nazirliyi yeni paket çərçivəsində Ukraynaya 2,6 milyard dollarlıq hərbi yardım ayırdığını açıqlayıb .
Bu barədə Pentaqon məlumat yayıb.
Müdafiə Nazirliyi bu gün Ukraynaya yeni kritik təhlükəsizlik yardımı elan edib.
Nazirlikdən verilən məlumata görə, elan edilən yardım paketinə Patriot və NASAMS zenit-raket kompleksləri, HIMARS reaktiv yaylım atəşi sistemləri və tankları, həmçinin artilleriya mərmiləri və pilotsuz uçuş aparatları üçün döyüş sursatları daxildir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər