İsveç XİN rəhbəri: NATO-ya Finlandiya ilə birlikdə daxil olmaq bizim üçün çox əhəmiyyətli idi
NATO-ya Finlandiya ilə birlikdə daxil olmaq bizim üçün çox əhəmiyyətli idi.
Bu sözləri İsveç xarici işlər naziri Tobias Billström Corriere della Sera qəzetinə müsahibəsində deyib.
İyunun 1-də qüvvəyə minəcək qanunun son hissəsi istisna olmaqla biz Türkiyə ilə imzalanmış memorandumda qeyd olunan bütün öhdəlikləri yerinə yetirdik. Bu səbəbdən də Macarıstan parlamentarilərinin üzvlüyümüzü təsdiqləməsini gözləyirik, - deyə o bildirib.
Billström vurğulayıb ki, lazım gələrsə, alyansın şərq cinahını gücləndirmək üçün Baltikyanı ölkələrə qoşun göndərməyə hazırdırlar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər