Ukrayna Rusiyanın 550 hərbçisini məhv edib
Son sutkada Ukrayna Rusiyanın 550 hərbçisini məhv edib. Bu barədə UNİAN-a Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından məlumat verilib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, ruslar fevralın 24-dən aprelin 5-dək 2 ədəd tank, zirehli döyüş maşınları 6, artilleriya sistemləri 10, hava hücumundan müdafiə sistemləri 280 ədəd, təyyarələr/helikopterlər - 306/291, PUA 6, qanadlı raketlər - 911; gəmilər / qayıqlar - 18, avtomobil avadanlığı və tankerlər 11 ədəd təşkil edib.
Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirib ki, aprelin 4-də gün ərzində Ukrayna hərbi aviasiyası rusların şəxsi heyəti və hərbi texnikasının cəmləşdiyi yerlərə 9 zərbə endirib. Raket və artilleriya bölmələri üç komanda məntəqəsini, iki canlı qüvvənin cəmləşdiyi ərazini, iki BM-21 Qrad reaktiv yaylım atəş sistemini və elektron döyüş stansiyasını vurub.
Rusiya ordusu Ukraynaya üç raket və 47 hava zərbəsi endirib, İrana məxsus 17 Şahed-136 pilotsuz təyyarəsindən istifadə ediblər. Çoxsaylı raket sistemlərindən 42 dəfə atəş açıldığı məlumatı yayılıb.
Zinyət Mehtiyeva
Oxşar xəbərlər
Oxşar xəbərlər