İranda hicabsız qadınlar metrodan istifadə edə bilməyəcək - FOTO
İranda hicab taxmayan qadınlara metrodan istifadəsinə icazə verilməyib. Bu barədə İran mediasında məlumat yayılıb.
İranlı qadın bir neçə stansiyada girişinə icazə verilmədiyi üçün məmurlar və nəzarətçilərlə arasında münaqişə yaranıb.
Videoda mağazaya girən kişinin iki hicabsız qadın müştərini əvvəlcə tənbeh, sonra onlara hücum etdiyi görünür.
İranda hicab qaydalarına riayət etməyən qadınlara qarşı təzyiqlər artıb.
www.anews.az
Aprelin 5-də İsfahanda metro dayanacaqlarının girişində "Hicabsız şəxslərə bilet satılmayacaq" xəbərdarlıq bildirişləri yayılıb.
İranda son etirazlar zamanı məcburi hicab qaydalarına etiraz edən 36 qadın hökumət məmurları tərəfindən öldürülüb.
Martın 31-də İranda bir kişinin müqəddəs Məşhəd şəhərində başını örtməyən iki qadına mağazada hücumunu göstərən video ölkədə əks-səda yaradıb.
Videoda mağazaya girən kişinin iki hicabsız qadın müştərini əvvəlcə tənbeh, sonra onlara hücum etdiyi görünür.
İranda hicab qaydalarına riayət etməyən qadınlara qarşı təzyiqlər artıb.
İranın Mazandaran əyalətində 338 iş yeri məcburi hicab qaydalarına riayət etməyən müştərilərə xidmət göstərildiyi üçün bağlanıb.
Son bir ay ərzində İranda məcburi hicab məhdudiyyətinə görə 2000-dən çox irili-xırdalı iş yerinə də xəbərdarlıq edilib. Son bir neçə həftə ərzində ölkənin müxtəlif bölgələrində yüzlərlə iş yeri və ticarət mərkəzinin məcburi hicab qaydalarına riayət edilmədiyi və musiqi səsləndirildiyi üçün fəaliyyəti dayandırılıb.

Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər