PAŞA Bank gənclər üçün növbəti öyrənmə marafonu təşkil edir

Ölkənin aparıcı korporativ maliyyə instutu olan PAŞA Bank,gənclərin peşəkar inkişafını dəstəkləyən təşəbbüslərin həyata keçirilməsini davam etdirir.
Bank, kompüter elmləri və proqramlaşdırma sahəsi üzrə ixtisaslaşmış ali məktəb məzunları və son kurs tələbələri üçün DevZone öyrənmə marafonunu keçirməyi planlayır. Bu marafon çərçivəsində iki ay müddətində back-end proqramlaşdırma üzrə təlimlərin və mentorluq sessiyalarının təşkil olunması nəzərdə tutulur.
DevZone öyrənmə marafonuna seçimlər iki hissədən ibarət olacaq. İştirakçılardan ilk mərhələdə Hackerrank platformasında verilən tapşırıqları həll etmək tələb ediləcək. Bu mərhələdə ən yüksək nəticə göstərmiş ilk 50 iştirakçı növbəti mərhələ olan müsahibə mərhələsinə keçid alacaq.
Qeyd edək ki, test mərhələsinə qatılmaq üçün platformaya kompüterdən daxil olmaq lazımdır. Hackerrankın artıq istifadəçisi olan şəxslərdən platformaya istifadəçi məlumatları ilə daxil olmaq xahiş olunur. Platformadan ilk dəfə istifadə edən şəxslərdən səhifənin sonunda yerləşən formanı dolduraraq qeydiyyatdan keçmək tələb edilir.
www.anews.az