Aİ-nin Ermənistandakı missiyası qaz sazişini təhlükə altına qoya bilərmi? - AÇIQLAMA
Avropa İttifaqının (Aİ) Ermənistandakı monitorinq missiyası və Avropa Parlamentinin Azərbaycanda insan hüquqlarının pozulmasını pisləyən hesabatı 2027-ci ilə qədər Bakının Aİ-yə qaz ixracını iki dəfə artıraraq 20 milyard kubmetrə çatdırmaq barədə razılaşmanı təhlükə altına qoya bilər. Bu barədə "Politico” yazıb.
Bəs qəzetin yazdığı kimi, Azərbaycanı adıçəkilən səbəblərə görə hansısa risklər gözlə bilərmi?
İqtisadi məsələlər üzrə ekspert Natiq Cəfərli deyir ki, indi halda Azərbaycanı hec bir real təhlükə gözləmir.
"Baş verən indiki Rusiya Qərb qarşıdurmasında Azərbaycan qazına istək və təlabatın olduğu dövrdə Azərbaycanın enerji daşıyıcıları ilə bağlı hansısa bir basqı yaradılması mümkün deyil. Amma bu o demək deyil ki, Azərbaycan daxilində olan problemləri də ertələmək lazımdır. İnsan haqqları ilə də bağlı, hüququn üstünlükləri ilə də bağlı Azərbaycan daxilində olan problemlər öz həllini tapmalıdır. Bu Qərb,Avropa Birliyi üçün yox özümüz üçün lazımdır. Amma Avropa İttifaqı (Aİ), qərb dövlətləri və ABŞ Azərbaycanla münasibətləri pozmağa və yaxud pisləşməyə cahd etməzlər",- ekspert vurğulayıb.
Beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəylinin fikrincə, Azərbaycana marağı olan heç bir ölkə bu cür risklərə getməz.
"Bu cür ifadələrə artıq çox rast gəlmişik. Azərbaycana təkcə bu ölkələr yox, digər qərb ölkələri də investisiya qoyub. Bu halda onlar qərbi gözdən çıxararaq heç bir addım ata bilməzlər. 2020-ci il Azərbaycan Ermənistan müharibəsində neft kəmərlərinə heç bir ziyan dəymədi. Bu da onu göstərir ki, neft kəmərləri qərb ölkələrinin və Aİ maraq dairəsindədir. Aİ və Avropa parlamenti Azərbaycana həmişə maraqlı olublar və heç vaxt münasibətləri pozmaq istəməzlər",- ekspert bildirib.
Prezident İlham Əliyev 2023-cü il bir sıra çıxışlarında bəyan edib ki, 2027-ci ilə Avropaya qaz ixracı iki dəfə artırılacaq.
"Avropada yeni mənbələrdən təbii qaza tələbat artır. Bu baxımdan biz TANAP və TAP boru kəmərlərinin ötürücülük qabiliyyətini iki dəfə - müvafiq olaraq 16 milyard kubmetrdən 32 milyard kubmetrə və 10 milyard kubmetrdən 20 milyard kubmetrə çatdırmağı gözləyirik", - Əliyev vurğulayıb.
31 dekabr 2020-ci il tarixində Azərbaycan Cənub Qaz Dəhlizinin (CQD) tərkib hissəsi olan Trans-Adriatik Boru Kəməri vasitəsilə Avropaya kommersiya qazının tədarükünə başlayıb. 25 il müddətinə hesablanmış tədarüklər illik 10 milyard kubmetrdən çox ixracı nəzərdə tutur.
Azərbaycan və Aİ arasında 2022-ci il iyulun 18-də imzalanmış enerji sahəsində anlaşma və əməkdaşlıq memorandumuna əsasən, yaxın beş ildə qaz tədarükü iki dəfə - 20 milyard kubmetrə qədər artacaq.
Həmçinin 2022-ci ilin oktyabırında Avropa İttifaqının (Aİ) Xarici İşlər Nazirləri Şurası Cənubi Qafqaz regionunda vəziyyətin monitorinqi, təhlili və hesabatının təqdim edilməsi məqsədilə Azərbaycanla beynəlxalq sərhədin Ermənistan tərəfi boyunca Avropa İttifaqının 40-a yaxın monitorinq eksperti yerləşdiriləcəyi barədə qərar qəbul edib.
2023 cü il fevralın 18-də Azərbaycanda Aİ monitorinq missiyası iki il müddətinə müəyyənləşdirilib.
Aİ-nin Ermənistan ərazisində ilk monitorinq fəaliyyəti 6 oktyabr tarixində Azərbaycan, Ermənistan, Fransa liderləri və Aİ Şurasının sədri arasında keçirilmiş Praqa görüşündə əldə olunmuş razılaşmadan sonra mükmün olub və iki ay davam edib.
Azərbaycanda 2003-cü ildən Aİ Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini təyin edib. Hazırda bu vəzifəni Tovio KLaar icra edir.
Aytac Zeynalova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox