Yaxın günlərdə sahibkarlar üçün SİMA rəqəmsal imza istifadəyə veriləcək

Yaxın günlərdə sahibkarlar üçün SİMA rəqəmsal imza istifadəyə veriləcək. Bunu "AzInTelecom” MMC-nin İdarə heyəti sədrinin müşaviri Sadiq Yolçuyev cümə axşamı Bakıda keçirilən "Dayanıqlı inkişaf üçün texnologiyalar: Dördüncü Sənaye İnqilabı texnologiyaları və bulud həlləri” tədbirində çıxışı zamanı deyib.
"Rəqəmsal imza – SİMA yaradılaraq vətəndaşların istifadəsinə verilib. SİMA mobil tətbiqi 300 mindən çox istifadəçi tərəfindən yüklənilib. Yaxın günlərdə sahibkarlar üçün SİMA rəqəmsal imzanın istifadəyə verilməsi nəzərdə tutulur. "AzInTelecom” MMC həyata keçirdiyi innovativ layihələr, təqdim etdiyi məhsul və xidmətlər çərçivəsində Azərbaycanın və regionun dördüncü sənaye texnologiyalarının tətbiqi ilə rəqəmsal transformasiyasını sürətləndirməkdə davam edir”, - Yolçuyev bildirib.
"AzInTelecom"2022-ci ilin avqustunda "Bulutistan” şirkəti ilə memorandum imzalanıb. Memoranduma əsasən, bulud həllərinin Azərbaycanda və regionda inkişafı üzrə birgə əməkdaşlıq fəaliyyəti nəzərdə tutulur.
www.anews.az

Türkiyənin ilk və aparıcı yerli bulud xidməti provayderi "Bulutistan" 2015-ci ildən bəri inkişaf etdiyi məhsul və xidmətlərlə Türkiyədə və 60-dan çox ölkədə bulud xidmətlərini təklif edir. Qloballaşma məqsədi ilə öz beynəlxalq şəbəkəsini genişləndirməyə davam edən "Bulutistan" özünün mükafatlı innovativ həlləri ilə Azərbaycanda ilk çoxməqsədli bulud xidmətlərinin təminatçısı olub.
Gülnar Nazimqızı
www.anews.az