Ötən il istilik haqları 94,7 faiz təşkil edib

2022 ci ildə istilik haqlarının ödəniş səviyyəsi 94,7 faiz təşkil edib. Bunu "Azəristiliktəchizat" ASC-nin sədrinin vəzifəsini müvəqqəti icra edən İlham Mirzəliyev qurumun 2022-2023-cü illər payız-qış mövsümündə həyata keçirilən tədbirlərinin icrası haqqında keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, noyabrın 15-dən aprelin 1-dək əhali istehlakçi qrupu üzrə ödəniş səviyyəsi 65,2 faiz təşkil edib.
www.anews.az
O bildirib ki, noyabrın 15-dən aprelin 1-dək əhali istehlakçi qrupu üzrə ödəniş səviyyəsi 65,2 faiz təşkil edib.
"Təssüf ki, bəzi yaşayış binalarında ödəniş səviyyəsi ürəkaçan səviyyədə olmayıb. Görülən işlər nəticəsində son mövsüm ərzində onların ödəniş dinamikasında müsbət tendensiya qeydə (52,9 %) alınmasına baxmayaraq əvvəlki illərdə istifadə edilən istilik və isti su xidmətlərinə görə 6 milyon 652,4 min manat ödənilməmiş borc məbləği mövcuddur",- sədr əlavə edib.
Aytac
www.anews.az