Azərbaycanda yük və sərnişin daşımalarının həcmi artıb

2023-cü ilin yanvar-martında Azərbaycanda yük və sərnişin
daşımaları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz artıb. Bu barədə Dövlət Statitika Komitəsi məlumat yayıb.
Bildirilir ki, nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat
subyektləri tərəfindən 52,5 milyon ton yük daşınıb.
Məlumata görə, yüklərin
3,5 faizi dəniz, 8,5 faizi dəmir yolu, 0,1 faizi hava, 54,0 faizi
avtomobil nəqliyyatı, 33,9 faizi isə boru kəməri ilə daşınıb.
Qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə
daşınmış yüklərin həcmi 4,3 faiz artıb, daşınmış yüklərin
ümumi həcmində bu sektorun xüsusi çəkisi 75,4 faiz təşkil edib.
2023-cü ilin yanvar-martında nəqliyyatçılar 423,7
milyon sərnişinə xidmət göstərib. Sərnişinlərin 87,1 faizi
avtomobil nəqliyyatı, 12,4 faizi metro, qalan hissəsi isə digər
nəqliyyat növləri ilə daşınıb.
Dəmir yolu nəqliyyatı ilə cari ilin yanvar-martında 4,4 milyon ton yük, 1509,5 min sərnişin daşınıb.
Dəniz nəqliyyatı ilə 2023-cü ilin yanvar-martında daşınmış yüklərin həcmi 1824,3 min ton təşkil edib və əvvəlki
ilin müvafiq dövrünə nisbətən 28,0 faiz artıb.
2023-cü il aprelin 1-də limanlarda qalan
yüklərin həcmi 80,9 min ton olub.
Dövr ərzində bu nəqliyyat növü ilə daşınmış sərnişinlərin
sayı 2022-ci ilin müvafiq dövrünə nisbətən 80,8 faiz artaraq 4,7
min nəfər təşkil edib.
Aytac Zeynalova
www.anews.az