Bu il azad olunmuş ərazilərin yenidən qurulması üçün 1 mlrd. manatdan çox vəsait xərclənib

2023-cü ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə 3 milyard manat vəsait ayrılıb.
Maliyyə Nazirliyinə verilən xəbərə görə 2023-cü ilin birinci rübündə sifarişçi təşkilatlar tərəfindən müvafiq layihələr üzrə təqdim edilmiş kassa sifariş sənədləri əsasında ayrılmış vəsaitin 35,5%-i və ya 1067,0 milyon manatı istifadə olunub.
www.anews.az