Dövlət Neft Fondu ABŞ dolları ilə investisiya portfelinin payını artırıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hələ də öz aktivlərinin əsas hissəsini ABŞ dollarında yerləşdirməyə üstünlük verir, ABŞ valyutasında aktivlərin payı 69,9% təşkil edir. Bu barədə Azərbaycan Neft Fondunun məlumatında deyilir.
2023-cü il martın 31-də ARDNF-nin aktivləri 53 milyard 438 milyon ABŞ dolları təşkil edib.
2023-cü ilin martın sonuna Dövlət Neft Fondunun investisiya portfeli 53 milyard 437,21 milyon dollar təşkil edib.
Eyni zamanda, investisiya portfelinin strukturunda 69,9%-i ABŞ dollarında (2022-ci ilin sonunda - 68,6%), 19,4%-i avroda (2022-ci ilin sonunda - 20,4%), 4,8%-i - funt sterlinq (5,2%), 0,6% - Avstraliya dolları (0,6%), 0,3% - türk lirəsi (0,4%), 0,2% - rus rublu (0,3%) , 1% - Çin yuanı (1,1%), 1,4% - Yapon yeni (1,3%), 2,4% - digər valyutalarnda (2,1%) yerləşdirilib.
Məlumata görə, fondun investisiya portfelinin 61%-i istiqrazlarda və pul bazarı alətlərində (2022-ci ilin sonuna - 62,1%), 21,1%-i səhmlərdə (2022-ci ilin sonunda - 19,6%), 5,7%-i - daşınmaz əmlakdadır (2022-ci ilin sonunda - 6,2%). Qızılın investisiya portfelində payı 12,1% (2022-ci ilin sonunda - 12,1%) təşkil edir ki, bu da 101,8 tona (2022-ci ilin sonunda - 101,8 ton) ekvivalentdir.
Fonddan verilən məlumata görə, ARDNF-nin vəsaitlərinin 96,2%-i yüksək reytinqli A, AA və AAA aktivlərində yerləşdirilib.
Fonddan verilən məlumata görə, ARDNF-nin investisiya portfelinin 35,8%-i Şimali Amerikada, 28,7%-i Avropada, 15,1%-i Asiya-Sakit Okean regionu ölkələrində, 0,1%-i Cənubi Amerikada, 0,3%-i isə ölkədə yerləşdirilib.
Azərbaycan Neft Fonduna neft və qaz müqavilələrinin həyata keçirilməsindən, neft və qazın ölkə ərazisindən nəqli üçün tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və s.əldə edilən vəsaitlər daxil olur.
N.Təbrizli
www.anews.az