• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Azərbaycanda müəllif hüquqları ilə bağlı durum necədir?

Azərbaycanda müəllif hüquqları ilə bağlı durum necədir?
20.04.2023 21:36

Aprelin 23-ü  dünyada "Kitab və Müəllif Hüquqları” günü kimi deyd olunur.  Bu barədə qərar 1995-ci ildə Parisdə UNESCO-nun Baş Konfransında qəbul edilib. 1996-cı ildən etibarən isə kitaba və müəlliflərə hörmət əlaməti olaraq bu əlamətdar gün bütün dünyada qeyd olunmağa başlayıb.

 

Ümumdünya Kitab və Müəlliflik Hüququ Gününün qeyd edilməsi kitablardan və mütaliədən zövq almağı təşviq edir. Bu münasibətlə UNESCO hər il şəhərlərdən birini Ümumdünya Kitab Paytaxtı elan edir.  

 

Azərbaycanda Dünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən qeyd edilir. Hər il bununla bağlı olaraq "Müəllif Hüquqları Agentliyi”nin rəhbərliyi ilə silsilə tədbirlər təşkil olunur. Belə tədbirlərin keçirilməsində məqsəd kitabların insan həyatındakı böyük əhəmiyyətini vurğulamaq, müəlliflik hüququnun mədəni irsin yaranmasında və qorunub saxlanılmasındakı rolunu göstərməkdir. 

 

Əqli Mülkiyyət Agentliyinin mətbuat katibi Elnur Məmmədli bildirib ki,  2022-ci ilin hesabatına əsasən vətəndaşlardan birbaşa Agentliyə müəllif hüquqları ilə bağlı 749 müraciət daxil olub. 

 

"Əqli Mülkiyyət Agentliyinin 2022-ci il üzrə hesabatına görə, vətəndaşlardan birbaşa agentliyə 749 müraciət daxil olub. Onlardan 336-sı elektron qaydada həyata keçirilib. 14 müraciət isə aidiyyəti baxılmaq üçün digər təşkilatlardan daxil olub. Daxil olan müraciətlər əsasən müəllif hüquqları, sənaye mülkiyyəti məsələləri, əsərlərin qeydiyyatı, maliyyə məsələləri, dövlət qulluğu və kadr məsələləri, texnologiyaların kommersiyalaşdırılması və transferi məsələləri, qonorarın ödənişi  və s. məsələləri əhatə edib. Müraciətlərdən 664-ü tam, 2-i qismən həll olunub, 44-ü ilə əlaqəli 55 müvafiq izahat verilib, 11-i baxılmaq üçün aidiyyati təşkilatlara göndərilib, 23-ü əsassız sayılıb, 6-sı baxılmamış saxlanılıb, 13-ü isə icradadır” , - Məmmədli bildirib.

 
 
Azərbaycanda müəlliflik hüqüqları necə qorunur?
 

 

Azərbaycanda müəlliflik hüququ və onun qorunması ilə bağlı məsələlər 5 iyun 1996-cı il tarixli 115-İQ nömrəli "müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunda öz əksini tapmışdır. Belə ki, qanun Azərbaycan Respublikası ərazisində elm, ədəbiyyat və incəsənət əsərlərinin yaradılması və istifadəsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyir. Qanunun 25-ci maddəsinə əsasən müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütütn həyatı boyu və onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Müəllifin şəxsi hüquqlarının qorunması isə müddətsizdir. 
 
 
Professor Qulu Məhərrəmli bildirib ki, hal-hazırda ölkədə müəllif hüquqlarına çox etinasız yanaşma var.

 
"Azərbaycanda "Müəllif Huquqları Agentliyi”nin faliyyət göstərməsi, bəzi situasiyalarda prinsipial addımlar atması çox yaxşı bir haldır. Çünki indi bu sahədə ölkədə həddindən artıq sərtbəstlik var. Kifayət qədər plagiat faktları var. Bəzən  əsərlər, musiqilər və digər sahələr üzrə əsərləri öz adlarına çıxarırlar. Düşünurəm ki, belə hallarda "Müəllif Hüquqları Agentliyi” kifayət qədər səmərəli fəaliyyət göstərir. Ancaq əsas problemlərdən biri ölkədə çox insanın bu agentlikdən xəbərinin olmamasıdır. Bu da müəllif hüquqlarının pozulmasına gətirib çıxaran amildir. Ona görə də bu qurumun fəaliyyətinin təbliği çox önəmlidir”, - Məhərrəmli bildirib.
 
Onun sözlərinə görə, hüququ pozulmuş müəllif məhkəməyə müraciət etməlidir.
 
"Əgər müəllif hüquqları pozulursa, bunun yeganə həlli yolu məhkəmədir. Ona görə ki, qurumun müəlliflik hüquqlarının qorunmasını təmin etmək mexanizimləri yoxdur. Qanunvericiliyə görə, belə səlahiyyətlər məhkəmə və hüquq-mühafizə orqanlarındadır” , - Məhərrəmli bildirib.

 
 Müəlliflik hüququ nədir və kimə aiddir?

 

Müəllif - əsərin yaradıcısı olan fiziki şəxsdir. Müəlliflik hüququnun yaranması və həyata keçirilməsi üçün əsərin qeydiyyata alınması, yaxud hər hansı başqa üsullarla rəsmiləşdirilməsi tələb olunmur. Müəlliflik hüququnun obyektləri aşağıdakılardır:

 

- ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.);

- dram, musiqili-dram və başqa səhnə əsərləri;

- xoreoqrafiya əsərləri və pantomimalar;

- mətnli və ya mətnsiz musiqi əsərləri;

- audiovizual əsərlər (kino-, tele-, və videofilmlər, slaydfilmlər, diafilmlər və başqa kino və teleəsərlər);

- heykəltəraşlıq, rəngkarlıq, qrafika, dizayn, litoqrafiya əsərləri, qrafik hekayələr, komikslər və digər təsviri sənət əsərləri;

- dekorativ tətbiqi və səhnə tərtibatı sənəti əsərləri, əl ilə toxunan xalçalar;

- memarlıq, şəhərsalma və bağ-park sənəti əsərləri;

- fotoqrafiya əsərləri və ona oxşar üsulla yaradılmış əsərlər;

- coğrafiyaya, topoqrafiyaya və digər elmlərə aid olan xəritələr, planlar, eskizlər, illüstrasiyalar və plastik əsərlər;

- törəmə əsərlər (tərcümələr, dəyişdirmələr, iqtibaslar, annotasiyalar, referatlar, xülasələr, icmallar, səhnələşdirmələr, aranjemanlar, elm, ədəbiyyat və incəsənət əsərlərinin yenidən işlənməsi);

- toplular

- teleradio verilişlərinin proqramları, kataloqlar, bukletlər, fotoalbomlar, mündəricatlar, multimedia məhsulları (əsərləri) və digər əsərlər.

 

Törəmə əsərlərə və toplulara müəlliflik hüququ onların əsaslandığı və ya onlara daxil edilən əsərlərin müəlliflik hüququ obyektləri olmasından asılı olmayaraq qorunur. Kompüter proqramları ədəbi əsərlər kimi qorunur. Kompüter proqramlarının qorunması ilkin mətn və obyekt kodu da daxil olmaqla istənilən dildə və formada ifadə edilən proqramların bütün növlərinə, o cümlədən əməliyyat sistemlərinə şamil edilir.

 

Qanunun 25-ci maddəsinə görə, müəlliflik hüququnun qüvvədə olma müddəti müəlliflik hüququ əsərin yaradılması ilə yaranır, müəllifin bütün həyatı boyu və onun ölümündən sonra 70 il müddətində qüvvədə qalır. Müəllifin şəxsi hüquqlarının qorunması müddətsizdir. Əgər əsərdə şərikli müəlliflik hüququ varsa, əsər sonuncu müəllifin öldüyü andan 50 il müddətində müəlliflik hüququ qüvvədə qalır.

 

Bu qanunla nəzərdə tutulmuş müəlliflik hüququnun və əlaqəli hüquqların pozulmasına görə Azərbaycan Respublikası qanunvericiliyinə uyğun mülki, inzibati və cinayət məsuliyyəti nəzərdə tutulur.

 

İstiqamət:6.3.16. elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması;

 Qeyd:Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

 

Eltac Nurullazadə

Oxşar xəbərlər
Oxşar xəbərlər
BANM və SOCAR Capital-ın birgə təşkilatçılığı ilə beynəlxalq maliyyə bazarları mövzusunda təqdimat keçirilib
İqtisadiyyat 14:51
BANM və SOCAR Capital-ın birgə təşkilatçılığı ilə beynəlxalq maliyyə bazarları mövzusunda təqdimat keçirilib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 13:06
Azərbaycan nefti ucuzlaşıb
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
İqtisadiyyat 17:21
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir

Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
İqtisadiyyat 17:09
Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
İqtisadiyyat 15:30
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
İqtisadiyyat 14:38
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
İqtisadiyyat 11:26
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
“Azərkosmos”un ixrac gəlirləri artıb
İqtisadiyyat 11:23
“Azərkosmos”un ixrac gəlirləri artıb
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol