Stoltenberq: NATO-nun Ukraynaya yardımı 150 milyard dolları keçib
NATO-nun baş katibi Yens Stoltenberq NATO ölkələrinin Kiyevə göstərdiyi yardımın həcmini 150 milyard dollar qiymətləndirib. Bu barədə NATO-nun baş katibi Ukraynaya səfəri zamanı deyib.
Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransı zamanı Stoltenberq deyib ki, NATO Ukraynaya zirehli texnika, tank və təyyarə tədarükünü artırıb və bu, "döyüş meydanındakı vəziyyəti dəyişir”.
"Ukraynanın əsl yeri Avro-Atlantik ailədədir. Ukraynanın əsl yeri NATO-dadır. Və zaman keçdikcə dəstəyimiz bunu mümkün etməyə kömək edəcək”, - deyə baş katib jurnalistlərə bildirib.
Eyni zamanda, Stoltenberq NATO-nun Ukraynaya ordusunun alyansın standartlarına uyğun modernləşdirilməsində dəstəklənməsinə dair uzunmüddətli proqramının rolunu qeyd edib və bunu "NATO-nun Ukraynaya uzunmüddətli öhdəliyinin sübutu” adlandırıb.
Bundan əvvəl Ukraynanın keçmiş baş naziri Nikolay Azarov ilin sonuna qədər ölkənin dövlət borcunun 173 milyard dollara çata biləcəyi barədə xəbərdarlıq etmişdi.
www.anews.az

Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər