İran ABŞ-ın nüvə sualtı qayığını Hörmüz boğazında suya çıxarıb
İran Hərbi Dəniz Qüvvələri Hörmüz boğazını keçməyə cəhd edən ABŞ-ın Ohayo sinfinə aid nüvə sualtı qayığı Florida-nı sudan çıxarmağa məcbur edib. Bunu cümə axşamı "Tasnim” agentliyinə İslam Respublikasının Hərbi Dəniz Qüvvələrinin komandanı Əmir Şəhram İrani deyib.
"Sualtı qayıq su altında tam səssizcə Hörmüz boğazına yaxınlaşıb. İranın "Fateh" sualtı qayığı onu kəşf edib və boğazı səthdən keçmək üçün onu səthə çıxmağa məcbur edib", - İrani deyib.
www.anews.az
"Sualtı qayıq su altında tam səssizcə Hörmüz boğazına yaxınlaşıb. İranın "Fateh" sualtı qayığı onu kəşf edib və boğazı səthdən keçmək üçün onu səthə çıxmağa məcbur edib", - İrani deyib.
O, həmçinin qeyd edib ki, Florida İran Hərbi Dəniz Qüvvələrinin sualtı qayığının müşayiəti ilə kursunu dəyişib və yoluna davam edib.
"Sualtı qayığı İranın ərazi sularına yaxın olduğu üçün xəbərdarlıq alıb, kursunu dəyişib və müşayiətçi ilə davam edib", - İrani deyib.
Aprelin əvvəlində ABŞ Hərbi Dəniz Qüvvələri Florida nüvə sualtı qayığını Bəhreyndə yerləşən Beşinci Donanmaya göndərmək qərarını açıqlayıb. Amerika tərəfinin bəyanatına görə, sualtı qayıq Yaxın Şərq regionunda patrul xidməti həyata keçirməlidir. Florida nüvə başlıqları daşıya bilən qanadlı raketlərlə təchiz olunub.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Son xəbərlər
Daha çox