Aİ ölkələri fevralda Azərbaycandan qaz alışı xərclərini azaldıb

Avropa İttifaqı (Aİ) ölkələri - İtaliya, Yunanıstan və Bolqarıstan 2023-cü ilin fevralında Azərbaycandan 611,322 milyon avro dəyərində təbii qaz idxal edib. Bu barədə Eurostat məlumat yayıb.
Eurostata görə, 2022-ci ilin fevralında Azərbaycandan Aİ ölkələrinə qaz idxalının dəyəri 701,642 milyon avro, 2023-cü ilin yanvarında 1 milyard 6,9 milyon avro təşkil edib.
Belə ki, İtaliya, Yunanıstan və Bolqarıstanın Azərbaycandan qaz idxalı üçün xərcləri cari ilin fevralında 2022-ci ilin fevralı ilə müqayisədə 12,9% , 2023-cü ilin yanvarı ilə müqayisədə illik müqayisədə 39,3% azalıb.
Eurostat-ın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycandan 15 milyard 598 milyon 852,881 min avroya (il ərzində 4 dəfə artım) təbii qaz idxal edib.
2022-ci ildə Azərbaycan qaz ixracını 18% artıraraq 22,3 milyard kubmetrə çatdırıb, Avropaya ixrac 11,4 milyard kubmetr (+39%) təşkil edib.
2023-cü ildə Azərbaycandan 24,5 milyard kubmetr qaz ixracı planlaşdırılır ki, bunun da təxminən 12 milyard kubmetri Avropayadır.
N.Təbrizli
www.anews.az