İcra başçıları görüşdü, su ehtiyatlarının bölüşdürülməsi ilə bağlı qərar qəbul edildi

Su ehtiyatlarının Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonları arasında hazırda suvarılması tələb olunan mövcud əkin sahələrinə uyğun bölüşdürülməsi barədə qərar qəbul edilib.
Bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi məlumat yayıb.
Bildirilir ki, son vaxtlar respublikanın çaylarında su sərfinin azalması və bu səbəbdən əkin sahələrinin su təminatında yaranan çətinliklərlə bağlı görüş keçirilib.
Su təminatı ilə məşğul olan qurumlara mövcud su ehtiyatları, su təminatı imkanları və gözlənilən risklər barədə su istifadəçilərinin qabaqcadan məlumatlandırılması, sudan səmərəli və qənaətlə istifadə, su itkilərinin azaldılması, suvarmanın düzgün təşkili və sudan istifadəyə nəzarətin gücləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.
www.anews.az