İtaliya Azərbaycandan təxminən 1,4 milyard kubmetr qaz idxal edib

İtaliya 2023-cü ilin fevralında Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə Azərbaycandan 465 milyon 421 min 790 avro dəyərində təbii qaz alıb.
Fevralda Azərbaycandan İtaliyaya təbii qaz ixracı 644,4 milyon kubmetr təşkil edib.
Ümumilikdə, 2023-cü ilin yanvar-fevral aylarında İtaliya 1,3 milyard avro dəyərində 1,377 milyard kubmetr Azərbaycan qazı idxal edib.
Hesabat dövründə qaz ixracı 4,3 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 13 faiz çoxdur.
www.anews.az