İnformasiya və rabitə sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqı açıqlanıb

2023-ci ilin yanvar-fevral aylarında Azərbaycanda İnformasiya və rabitə sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqı 1 398 manat təşkil edib.
Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.
Ötən ilin eyni dövründə bu sektorda çalışanların orta aylıq əməkhaqqı 1 210 manat olub ki, bu da illik müqayisədə 15.5% artım deməkdir.
www.anews.az