• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

ABB-nin dəstəyi ilə "Global HR SUMMIT 2023" keçirildi

ABB-nin dəstəyi ilə
25.04.2023 16:49
Bakıda insan resurslarının idarə edilməsi üzrə beynəlxalq tədbir – "Global HR SUMMIT 2023" keçirilib. Azərbaycan HR İnstitutunun təşkilatçılığı ilə keçirilən tədbirə ABB də tərəfdaşlıq dəstəyi verib. Sammitə 50 ölkədən 700-dən çox iştirakçı – o cümlədən HR sahəsində tanınmış liderlər, şirkət rəhbərləri, sahibkarlar, hökumət təmsilçiləri və yuxarı səviyyəli peşəkarlar qatılıb.

"Global HR SUMMIT 2023" tədbirində insan resurslarının idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi məsələlərinə diqqət yönəlib. Bu sahədə innovasiyaların və yüksək texnologiyaların yayılması məsələləri müzakirə olunub. Peşəkar mütəxəssislər arasında təcrübə mübadiləsi aparılıb. Sammitdə şirkətlərin mükafatlandırılması mərasimi də olub. ABB-yə "Ən yaxşı daxili kommunikasiya strategiyası” nominasiyası üzrə mükafat təqdim edilib.

Sammit BMT-nin 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərindən olan "Layiqli Əmək və İqtisadi İnkişaf” (Decent Work & Economic Growth) devizi ilə keçirilib. Ölkəmizdə maliyyə sektorunun ən yaxşı işəgötürəni olmağı qarşısına hədəf qoymuş ABB-nin tədbirə tərəfdaşlıq dəstəyi də dayanıqlı inkişaf məqsədlərinə töhfədir.

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar. 


www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 13:06
Azərbaycan nefti ucuzlaşıb
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
İqtisadiyyat 17:21
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir

Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
İqtisadiyyat 17:09
Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
İqtisadiyyat 15:30
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
İqtisadiyyat 14:38
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
İqtisadiyyat 11:26
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
“Azərkosmos”un ixrac gəlirləri artıb
İqtisadiyyat 11:23
“Azərkosmos”un ixrac gəlirləri artıb
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:18
Bu günə olan məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol