Azinvestkredit BOKT kiçilib və zərərini artırıb - HESABAT

"Azinvestkredit” bank olmayan kredit təşkilatı(BOKT) 2021-ci il audit hesabatını açıqlayıb.
"Azinvestkredit”in maliyyə hesabatına istinadən xəbər verilir ki, təşkilat 2021-ci ili 60 min 747 manat xalis zərərlə başa vurub. 2020-ci ildə təşkilat 40 min 861 manat xalis zərər açıqlamışdı.
Hesabat dövründə kredit portfeli 23.6% azalaraq 376 min 320 manat, faiz gəlirləri isə 49.5% azalaraq 79 min 530 manat təşkil edib.
Bu dövrdə kredit təşkilatı kiçilib. Belə ki, "Azinvestkredit”in 2021-ci ildə aktivlərinin həcmi əvvəlki illə müqayisədə 12% azalaraq 440 min 238 manata bərabər olub.
www.anews.az