• $ 1.7
  • € 1.7658
  • ₽ 1.9384
  • ₺ 0.0465
  • £ 2.1392

Ağıllı Sənaye Hazırlığı İndeksi (SIRI) qiymətləndirmə metodunun tətbiqinə start verildi - FOTO

Ağıllı Sənaye Hazırlığı İndeksi (SIRI) qiymətləndirmə metodunun tətbiqinə start verildi - FOTO
25.04.2023 20:31
İqtisadiyyat Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) ölkəmizdə fəaliyyət göstərən şirkət və müəssisələrdə rəqəmsal hazırlığın ölçülməsi və rəqəmsallaşmanın sürətləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.

Nazirlikdən verilən məlumata görə, 4SİM ilə Dünya İqtisadi Forumunun Türkiyə Respublikasındakı Dördüncü Sənaye İnqilabı Mərkəzinə ev sahibliyi edən Türkiyə Metal Sənayeçilər Birliyi (MESS) arasında imzalanmış Anlaşma Memorandumunda müəyyənləşdirilmiş istiqamətlər üzrə əməkdaşlıq çərçivəsində dövlət qurumları və özəl müəssisələrdə "Ağıllı Sənaye Hazırlığı İndeksi” (SIRI) qiymətləndirməsinin tətbiqinə start verilib.

Bu qiymətləndirmə metodunun "SOCAR Polymer” şirkətində tətbiqi ilə bağlı 4SİM və bu şirkət arasında əməkdaşlığa dair müqavilə imzalanıb. Ölkəmizdə ilk olaraq tətbiq olunacaq bu xidmət çərçivəsində "SOCAR Polymer” şirkətinin istehsalat və biznes proseslərinin, eləcə də müxtəlif məlumatların təhlili aparılacaq, şirkətin rəqəmsal hazırlıq və Sənaye 4.0 üzrə mövcud vəziyyətinə dair hesabat, eləcə də smart transformasiya sahəsində növbəti 2-3 il ərzində inkişaf üzrə yol xəritəsi hazırlanacaq.

"SOCAR Polymer” şirkətində "SIRI” qiymətləndirməsi prosedurlarına aprelin 24-də başlanılıb.

Qeyd edək ki, Qlobal miqyasda rəqəmsal transformasiyanı sürətləndirmək məqsədilə "McKinsey”, "Siemens”, "SAP”, "Technical Inspection Association” kimi beynəlxalq şirkətlərlə birlikdə Sinqapur İqtisadi İnkişaf Şurası tərəfindən tərtib edilən "SIRI” qiymətləndirməsi Dünya İqtisadi Forumu tərəfindən rəsmi olaraq qəbul edilmiş yeganə rəqəmsal yetkinliyin qiymətləndirilməsi metodudur və bu metod bu günə qədər dünyanın 30 ölkəsində fərqli sahələrdə fəaliyyət göstərən 850-dən artıq şirkət və müəssisələrdə tətbiq olunub.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 13:06
Azərbaycan nefti ucuzlaşıb
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir
İqtisadiyyat 17:21
“Nar” AZTU tələbələri ilə mobil rabitə üzrə təcrübəsini paylaşmağa davam edir

Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
İqtisadiyyat 17:09
Yelo Sabit ilə pulunu gəlir mənbəyinə çevir!
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
İqtisadiyyat 15:30
Qarabağa ziyarət xarakterli reyslər müntəzəm reyslərlə əvəz edilir
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
İqtisadiyyat 14:38
Media nümayəndələri üçün kibertəhlükəsizlik mövzusunda təlim keçirilib
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
İqtisadiyyat 11:26
Yanvarda qızıldan əldə olunan gəlir açıqlanıb
“Azərkosmos”un ixrac gəlirləri artıb
İqtisadiyyat 11:23
“Azərkosmos”un ixrac gəlirləri artıb
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
İqtisadiyyat 09:58
Azərbaycan neftinin qiyməti 76 dolları ötüb
Bu günə olan məzənnə açıqlanıb
İqtisadiyyat 09:18
Bu günə olan məzənnə açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol